“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Şəhidlər Muzeyi”nə ziyarət olunub – FOTOLAR

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Şəhidlər Muzeyi”nə ziyarət olunub – FOTOLAR

INFONEWS xəbər verir ki, “Şəhidlər Muzeyi” Qarabağ döyüşçüsü Əlövsət Qasımov tərəfindən yaradılıb. Əlövsət Qasımov 1989-cu ildən 1996-cı ilə qədər Qarabağ uğrunda gedən döyüşlərdə 4 qardaşı ilə birlikdə iştirak edib. Elə həmin vaxtdan da “general Əli bəy” ləqəbi ilə tanınır. 2007-ci ildə “Həqiqət tarixi” Araşdırmalar İctimai Birliyini təsis edib və hal-hazirda sədridir. “Şəhidlər muzeyi” həmin ictimai birliyin tərkibində yaradılıb.
Muzeydə Əlövsət Qasımovun vaxtı ilə çəkdiyi, erməni vəhşiliklərinə məruz qalmış min nəfərdən çox igid şəhid oğullarımızın foto-şəkilləri, müxtəlif sənədləri, məktubları onlara məxsus əşyaları və s. toplanıb.
Əlövsət Qasımov hər il Türkiyənin İstanbul, İzmir, İqdir və b. şəhərlərində Qarabağ həqiqətlərinə həsr olunan sərgilər keçirir.

Ziyarətdə təşkilatın rəhbər şəxsləri və gənclər iştirak ediblər. Əlövsət Qasımov gənclərə Muzey haqqında və I Qarabağ müharibəsi barəsində geniş məlumatlar verib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir