DSX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Vətən müharibəsinin 2-ci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etmişlər.
Bu barədə “İNFONEWS”-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilmiş, məzarları üzərlərinə gül dəstələri düzülmüşdür.