UNEC Erasmus plus proqramı üzrə iki layihənin qalibi olub

UNEC Erasmus plus proqramı üzrə iki layihənin qalibi olub

UNEC Avropa komissiyasının Erasmus+ proqramının iki müxtəlif çağırışı üzrə koordinator olaraq – Erasmus+ KA2 (Capacity building in higher education) və Jean Monnet modul proqramının qalibi olub.

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

UNEC-in qalib olduğu “REFRESH” layihəsi Azərbaycan universitetlərində yaşıl və davamlı iqtisadi təkmilləşdirməni hədəfləyir. Layihədə Avropa və Azərbaycan universitetləri də olmaqla 15 tərəfdaş iştirak edir.

UNEC eyni zamanda “Dayanıqlı Avropa üçün Rəqəmsal Sahibkarlıq Strategiyaları (DigiShip)” adlı Erasmus+ Jean Monnet modulunun da qalibi olub. Layihənin məqsədi Avropa təcrübəsi əsasında rəqəmsal sahibkarlıq fənninin tədrisini təkmilləşdirilməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir