UNEC-in professor-müəllim heyətinin vəzifə təlimatında dəyişiklik edilib
UNEC-in professor-müəllim heyətinin vəzifə təlimatı yenilənərək, təsdiqlənib.
Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Elmi Şuranın qərarı ilə edilmiş yeniliyə əsasən, müəllimlərin vəzifə funksiyalarına dərslik, dərs vəsaitləri, metodik tövsiyələr, elmi məqalələr yazmaq və proqramlar tərtib etməklə yanaşı, Web of Science və Scopus bazalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin çap etdirilməsi əlavə olunub.