Prokurorluq əməkdaşlarına ali xüsusi rütbələr verilib
Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələr verilib.
“İNFONEWS” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Məmmədov Elçin Məmmədbağır oğlu – Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
Camalov Elmar Heybət oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini
Məmmədov Heydər Vidadi oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini
Rəcəbov Nazim Hafis oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi.
2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Əvəzov Nemət Yusif oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi
Əlixanov Erkin Hüseynağa oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2022-ci il