PhET interaktiv simulyasiya platformasının Azərbaycan məktəbləri üçün adaptasiyası layihəsinin rəsmi açılış mərasimi keçirilib

PhET interaktiv simulyasiya platformasının Azərbaycan məktəbləri üçün adaptasiyası layihəsinin rəsmi açılış mərasimi keçirilib

7 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “PhET interaktiv simulyasiya platformasının Azərbaycan məktəbləri üçün adaptasiyası” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Bu barədə “İNFONEWS”-a açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının PR – meneceri Fidan Quluzadə məlumat verib.

Açılış Bakı şəhəri Suraxanı rayonu 232 nömrəli tam orta məktəbində baş tutub. Açılışda layihənin eksperti Fərid Rüstəmzadə, 232 nömrəli tam orta məktəbin müəllimləri, 249 nömrəli məktəbin direktor müavini Adilə Dadaşova və layihənin idarə heyəti iştirak edib.

Qeyd edək ki, layihənin məqsədi PhET interaktiv simulyasiya platformasını Azərbaycan dilinə tərcümə etməklə dərslərin interaktiv formada təşkilinə əlavə imkanlar yaratmaqdan ibarətdir.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.

Bu görüşlərin məqsədi layihə və onun mərhələləri haqqında məlumatlandırmadır.

Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir