Bu ərazilərdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Binəqədi qəsəbəsinin bir hisssinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “İNFONEWS”-a “Azərsu” ASC-in Mətbuat xidmətindən məlumat verilib.
Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə nasos stansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar 10 oktyabr 2022-ci il tarixində gün ərzində Binəqədi qəsəbəsi 1-ci, 2-ci və 3-ü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.