Bu ilin əvvəlindən Rusiyadan Azərbaycana 15227 ton taxıl ixrac edilib

Bu ilin əvvəlindən Rusiyadan Azərbaycana 15227 ton taxıl ixrac edilib

Bu ilin əvvəlindən Rusiyanın Ulyanovsk vilayətindən Azərbaycana 15227 ton taxıl ixrac edilib.

İNFONEWS Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumata istinadən xəbər verir ki, regiondan taxıl idxal edən ölkələr arasında Azərbaycan ikinci yerdə qərarlaşıb.

Məlumata əsasən, ümumilikdə, bu ilin əvvəlindən Ulyanovskdan 43114 ton taxıl ixrac edilib ki, bunun da böyük hissəsi Latviyaya – 20501 ton, Azərbaycana – 15227 ton və Qazaxıstana – 6339 ton tədarük edilib.

Mənbə: Vergiler.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir