İspaniya aeroportları bərpaolunan enerji mənbələrinə keçəcəklər

İspaniya aeroportları bərpaolunan enerji mənbələrinə keçəcəklər

İspaniya öz trafikinə görə Avropanın hava limanlarının ilk onluğuna daha çox aeroportlarının daxil olduğu ölkədir və onların hamısı “Aena”nın idarəsi altındadır.

“İNFONEWS” xəbər verir ki, bu barədə “Eurocontrol”un 2021-ci il üçün hesabatında deyilir.

Təkcə Adolfo Suares adına Madrid-Baraxas aeroportundan gündə təxminən 800 reys, Barselonanın El-Prat aeroportundan – 650, Palma-de-Mayorkadan – 622 reys həyata keçir. Təyyarələrin, bütün növ nəqliyyat vasitələrinin, kompüter sistemlərinin, su və elektrik kimi müxtəlif resursların, nəhəng sərnişin axını və böyük sayda mütəxəssislərin cəlb olunduğu belə intensiv fəaliyyətin idarə edilməsi ətraf mühitin mühafizəsinin təminatı üçün iri vəsaitin sərf olunması ilə nəticələnir. Parnik qazlarının qlobal tullantılarının təxminən 2,5 faizi aviasiya sektorunun payına düşür.

Bununla bağlı “Aena” aeroportların fəaliyyətində iqlim dəyişmələrinə qarşı mübarizəyə kömək edən mexanizmlərdən istifadəni planlaşdıraraq, 2040-cı ilədək krallığın hava limanlarında tullantıların sıfır səviyyəyə endirilməsinə nail olunmasına çox böyük səy göstərir.

“Aena” külək və günəş enerjisi kimi dayanıqlı enerji mənbələrinin tətbiqi üzərində işləyir. Tədbirlər kompleksi yaxın ərazilərdə həyat şəraitinin yaxşılaşdırılmasına, biomüxtəlifliyin müdafiəsi və işə düzəltmə imkanlarının yaradılmasına kömək edəcək.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir