Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Cüdo Federasiyası (AC) ilə Özbəkistan Cüdo Federasiyası (UJF) arasında Anlaşma Memorandumu imzalanıb.

İNFONEWS xəbər verir ki,ACF-dən verilən məlumata görə, Memorandumun əsas məqsədi cüdo sahəsində əməkdaşlıq vasitəsilə iki ölkənin xalqları arasında qarşılıqlı anlaşma və həmrəyliyin güclənməsinə töhfə vermək, dostluq münasibətlərini inkişaf etdirmək və birgə fəaliyyət quraraq, cüdonun inkişafına yönələn qarşılıqlı faydalı nəticələrə nail olmaqdır.

Eyni zamanda, tərəflər arasında idman tədqiqatları, idman tədbirlərin təşkilinə dəstək göstərilməsi, tibbi əməkdaşlıq və digər sahələrdə də əməkdaşlıq qurulacaq.

Memorandumu UJF-in prezidenti Əzizcan Kamilov və ACF-in vitse-prezidenti Elnur Məmmədli imzalayıb.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir