Qırğızıstan Türkiyədən müasir PUA-lar alıb

Qırğızıstan Türkiyədən müasir PUA-lar alıb

Qırğızıstan Türkiyə istehsalı olan müasir pilotsuz uçuş aparatları (PUA) – “Bayraktar Akıncı” alıb.

İNFONEWS Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat verib.

“Akıncı bizimdir! Qardaş xalqa təşəkkür edirik”, – o yazıb.

“Bayraktar Akıncı” hava-hava tipli raketlərlə silahlana bilən pilotsuz uçuş aparatıdır. Türkiyə Hərbi Hava Qüvvələri 2021-ci ildən bu PUA-lardan istifadə edir.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir