Böyük Britaniyada bəzi vergilər artırılacaq – İqtisadiyyat

Böyük Britaniyada bəzi vergilər artırılacaq – İqtisadiyyat

Böyük Britaniyada bəzi vergilər artırılacaq.

“İNFONEWS” xəbər verir ki, ölkənin bu il dördüncü maliyyə naziri olan Ceremi Hant bəzi vergilərin artırılmasının və dövlət xərclərinin azaldılmasının lazım olduğunu bildirib. Hant, hansı vergilərin artırılacağı və ya dövlət xərclərinin kəsiləcəyi ilə bağlı sualları cavablandırmasa da, son qərarı verməzdən əvvəl bütün nazirliklərlə məsləhətləşəcəyini söyləyib. Ən aşağı vergi bəndinin 20-dən 19-a endirilməsini ehtiva edən köhnə planı qoruyub saxlamaq istədiyini söyləyən Hant, bu mövzuda hələ son qərarı vermədiyini bildirib.

Ceremi Hant Liz Trassın baş nazirlik yarışında rəqibi Rişi Sunakı dəstəkləyirdi. Onun maliyyə naziri təyin olunması ilə Trassın iqtisadi vədlərinin nə dərəcədə yerinə yetiriləcəyi sual altındadır.

Qeyd edək ki, Ceremi Hant oktyabrın 14-də Baş nazir Liz Trassın maliyyə naziri Kvasi Kvartenqi istefaya göndərməsindən sonra bu vəzifəyə təyin olunub.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir