Yunanıstan səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət edib

Yunanıstan səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət edib

Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos Beynəlxalq Muğam Mərkəzini ziyarət edib.

“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin direktoru xalq artisti Murad Hüseynov səfirə mərkəzin fəaliyyəti haqqında məlumat verib.
Görüşdə mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərdən söz açılıb. Görüş zamanı səfirliklə birgə mədəni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Beynəlxalq Muğam Mərkəzi (BMM) və Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirliyi arasında mədəni əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalanıb.
Sənədi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov və səfir Nikolaos Piperiqkos imzalayıb.
Direktor Murad Hüseynov memorandumun mədəni əməkdaşlıqda mühüm töhfə olacağına əminliyini ifadə edib.

         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir