“Muğam axşamları”da “Mahur -hindi” muğamı təqdim olundu
Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin oktyabr konsertində “Mahur -hindi” muğamı təqdim olunub.
“İNFONEWS” -a Mərkəzdən verilən məlumata görə, 17 oktyabr tarixində keçirilən konsertdə BMM-nin solistləri əməkdar artist Səbuhi İbayev və “Muğam” televiziya müsabiqəsinin qalibi Könül Xəlilzadə çıxış ediblər. Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Çinarə Heydərova , kamançada Əməkdar artist Toğrul Əsədullayev, nağarada Soltan Əliyev, udda Vasif Yusifli və balabanda Rəfael Əsgərov müşayiət ediblər.
2017-ci ildən həyata keçirilən layihənin beynəlxalq mediada işıqlandırılmasında “Baku” jurnalının rolu böyük əhəmiyyət kəsb edib. “Muğam axşamları”nın konsertləri İctimai Radio ilə dinləyicilərə təqdim olunur.
Layihəsinin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.