Ukrayna İsraildən “Dəmir günbəz” kompleksi almaq istəyir

Ukrayna İsraildən “Dəmir günbəz” kompleksi almaq istəyir

Ukrayna İranın “Shahed-136” pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün İsraildən “Dəmir günbəz” zenit raket kompleksi almaq istəyir.

İNFONEWS UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba məlumat verib.

Onun sözlərinə görə, Kiyev bununla bağlı Təl-Əvivə rəsmi sorğu göndərəcək.

Qeyd edək ki, Rusiya son günlər Ukraynaya İran PUA-ları ilə zərbələr endirir.

Bir müddət əvvəl Ukrayna səmasında İrana məxsus PUA-lar zərərsizləşdirildikdən sonra Kiyev Tehranla münasibətlərini yenidən nəzərdən keçirərək səfiri ölkəsindən qovub, diplomatik korpusun əməkdaşlarının sayını azaldıb.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir