İŞİD İranda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD İranda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması İranda ötən gün törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə İNFONEWS “Le Figaro”ya istinadən xəbər verir.

Təşkilatın yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları ölkənin cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.

Son məlumatlara görə, terror aktı nəticəsində onlarla insan həlak olub və yaralanıb.

Daha əvvəl İranın bir sıra mətbu orqanlarından bəziləri terror aktında xarici ölkə vətəndaşının iştirak etdiyini bildiriblər. “Mehr” agentliyi ölkənin hakimiyyət nümayəndələrinə istinadən xəbər verib ki, çərşənbə günü günortadan sonra üç silahlı naməlum şəxs Şahçerah məqbərəsinə soxularaq azı 20 nəfəri öldürüb, çoxlu sayda insan isə yaralanıb.

Təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilib.

Agentliyin məlumatına görə, hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir