FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutu ilə görüş olub
Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
“İNFONEWS”-un məlumatına görə, görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.