Bu gün “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib.
“İNFONEWS.AZ” un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 22:00-da strat götürən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.
Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan “Araz-Naxçıvan” növbəti mərhələyə çıxmaq şanslarını bu oyuna qədər itirmişdi.
Çempionlar Liqası
Əsas mərhələ, III tur
“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan” – 3:2
Qollar: Aladzic, 33, 12, Saselli, 33 – Vitao, 23, Amenqual, 34