DİM “Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edir

DİM “Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edir

“İNFONEWS” xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edir. İmtahan dekabrın 24-də keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan üçün qeydiyyat noyabrın 9-dək aparılacaq.

İmtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya: PreA1 Starters, A1 Movers və A2 Flyers üzrə keçiriləcək.

Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dili üzrə tədris) və LinguaSkill imtahanlarını təşkil edir.

Qeydiyyat üçün https://eservices.dim.gov.az/iexams/az/login.aspx linkinə daxil olmaq lazımdır.

2022-ci ilin sonunadək DİM-də keçiriləcək Kembric imtahanlarının tarixləri haqqında məlumat Mərkəzin saytında yerləşdirilib. Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir