Bakı-Quba-Rusiya yolunda avtomobil aşıb, xəsarət alan var

Bakı-SDK (Bakı-Quba-Rusiya yeni avtomobil yolu) yolunda avtomobil aşıb, sürücü xəsarət alıb.

İNFONEWS.AZ”ın məlumatına görə, 1971-ci il təvəllüdlü Həmidov Xəqani Nəsib oğlunun idarə etdiyi minik avtomobili yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir