UNEC -də əldə edilən uğurlar barədə- Oktyabr ayının xülasəsi
“İNFONEWS” xəbər verir.
“UNEC NEWS” Davamlı olaraq yeniliklərə imza atan UNEC-in oktyabr ayı üzrə qazandığı uğurların xülasəsini təqdim edir:
- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti professor Fərhad Bədəlbəyli UNEC kollektivi üçün Fikrət Əmirovun əsərlərini ifa etdi.
- BMT-nin Baş Katibinin müavini, BMT-nin Cenevrədəki bölməsinin rəhbəri Tatyana Valovaya UNEC tələbələri ilə görüşdü.
- UNEC texniki və texnoloji istiqamət üzrə 3 gün ərzində 3 fərqli beynəlxalq konfransa ev sahibliyi etdi: ICINSE2022, ITWCCST2022, ITCHS2022
- Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti (Latvia University of Life Sciences and Technologies) ilə UNEC arasında memorandum imzalandı.
- UNEC ilə Latviya universiteti arasında “Qida mühəndisliyi”, İT ixtisasları və “Bioiqtisadiyyat” üzrə ikili diplom proqramı ilə bağlı razılıq əldə edildi.
- UNEC əməkdaşlarının Scopus bazasında 22, “Web of science”da isə 8 elmi məqaləsi indeksləndi.
- UNEC-də Scopus və Web of Science-də indeksləşmiş beynəlxalq konfrans keçirilməsi barədə razılıq əldə edildi.
- UNEC “British Council”un rəsmi IELTS tərəfdaşı oldu.
- “UNEC Language Center” (ULC), UNEC Dil mərkəzi açıldı.
- UNEC-də Psixoloji Xidmət Mərkəzi fəaliyyətə başladı.
- UNEC Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə həsr olunan beynəlxalq konfransa ev sahibliyi etdi.
- Vyetnam universitetləriləUNEC arasında əməkdaşlıq istiqamətləri müzakirə olundu.
- Ekspressbankla UNEC arasında anlaşma memorandumu imzalandı.
- UNEC Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) təşəbbüsü ilə yaradılan Orhun mübadilə proqramında iştirak etdi.
- Təhsil Tələbə Krediti Fondu ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalandı.
- Anadolu Universiteti ilə UNEC arasında Erasmus+ mübadilə proqramına əsaslanan əməkdaşlıq müqaviləsi imzalandı.
- IAAR Eurasian University Ranking (IAAR EUR)-2022 reytinqində UNEC 15-ci yerə yüksəldi.
- UNEC “IAAR EUR Quality star” mükafatına layiq görüldü.
- Dünyanın aparıcı konsaltinq şirkəti olan “McKinsey & Company” tərəfindən UNEC tələbələri üçün ödənişsiz “peşəkar koç” xidməti göstərildi.
- UNEC VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olundu.
- UNEC-in nəşri olan “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafinda investisiyaların rolu”, “Qarabağda biznes mühiti, kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının sektoral qiymətləndirilməsi” kitabları beynəlxalq sərgidə təqdim olundu.
- UNEC Ömürboyu Təhsil Mərkəzinin təşkil etdiyi Rəqəmsal marketinq kursunun ilk məzunlarına sertifikatlar təqdim olundu.
- UNEC-də Beynəlxalq Kulinariya Günü münasibətilə xeyriyyə aksiyası keçirildi.
- Ankara Universiteti ilə UNEC arasında imzalanmış əməkdaşlıq müqaviləsinin icra vəziyyəti müzakirə edildi.
- Bilkent Universiteti ilə UNEC arasında əməkdaşlıq imkanları müzakirə olundu.
- UNEC-in inzibati heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əmək haqqı sisteminin tətbiqi haqqında Qaydalar təsdiqləndi.
- UNEC-in ənənəvi və elektron kitabxanalarından kənar oxucuların da istifadəsi üçün imkan yaradıldı.
- UNEC-də7 ildir ki, anonim tətbiq olunan “Tələbə Məmnunluq Anketinin” məzmunu təkmilləşdirildi.