18 yaşadək əlilliyi olan bir qrup şəxsin reabilitasiyası başa çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Qubada yerləşən sanatoriya-kurort və müalicə mərkəzinə göndərilən 18 yaşınadək əlilliyi olan şəxslərin reabilitasiyası başa çatıb.
“İNFONEWS” – un Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən əldə etdiyi məlumatına görə, onlar “Shahdag Guba & Truskavets Medical Sanatorium”da 14 gün müddətində müxtəlif müalicə prosedurlarına cəlb olunublar.
Müalicə prosedurlarının son günündə uşaqlar üçün ədəbi-bədii tədbir təşkil edilib.