Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Macarıstanda oxuyan tələbələrlə görüşəcək
Dekabrın 8-də Elm və Təhsil Nazirliyinin nümayəndə heyətinin Macarıstanda hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində təhsil alan tələbələr və məzunlar ilə Budapeşt şəhərində görüşü nəzərdə tutulur.
“İNFONEWS” – un Nazirlikdən əldə etdiyi məlumatına görə, görüşün məqsədi tələbə və məzunlarla əlaqələri möhkəmləndirmək, onların akademik uğurları və gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Görüş Azərbaycanın Macarıstandakı səfirliyində təşkil ediləcək.
Yerlərin məhdudluğunu nəzərə alaraq, qeydiyyatdan keçən ilk 70 nəfər görüşdə iştiraka dəvət ediləcək.
Görüşdə iştirak üçün noyabrın 30-dək formanı dolduraraq qeydiyyatdan keçmək xahiş olunur.