Nazirin səs yazısı yayılan direktorla bağlı AÇIQLAMASI
Elm və təhsil naziri Emin Əmrullayev səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsi məsələsinə aydınlıq gətirib.
“İNFONEWS” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə danışıb.
O bildirib ki, məktəb direktorları ilə bağlı həmişə narazılıqlar olub:
“Düşünürəm ki, bundan sonra da olacaq. Bir hal olmuşdu ki, 45 nömrəli məktəbin direktoru başqa məktəbə təyin edilib. Direktor təyin olunanda uyğun məktəbi tapmağa çalışırıq. Məktəbin nəticəsinin aşağı getməsi həmişə direktorla bağlı olmaya bilər. Direktorla bağlı neqativ hallar olanda araşdırılır. Dəfələrlə olub ki, məktəblərdə problem olub və biz direktoru işdən azad etməmişik. Çünki araşdırma zamanı məlum olub ki, birbaşa onunla bağlı olmayıb. Bu baxımdan biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik. Mənim şəxsi fikrim ondan ibarətdir ki, ona növbəti şans vermək səhv qərar deyil. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Düşünürəm ki, bu məsələdə ictimaiyyət Nazirliyin qərarını anlayışla qarşılayacaq”.