Hər kəsə onlayn kredit yeni ünvanda – Bank yenilikləri
“İNFONEWS” xəbər verir.
ABB-nin hər kəs üçün əlçatan olan onlayn kredit təklifləri artıq yeni vahid ünvanda təqdim edilir. Heç yerə getmədən “www.nagdkredit.az” saytına daxil olmaqla hər kəs cəmi 3 dəqiqəyə onlayn kredit ala bilər. Belə ki, iş yerindən və əməkhaqqını hansı bankdan almasından asılı olmayaraq rəsmi gəlirə malik bütün şəxslərə, o cümlədən, müəllimlərə, tibb işçilərinə, dövlət qulluqçularına, mühəndislərə və başqa sənət sahiblərinə ABB-nin təqdim etdiyi platforma vasitəsilə sürətli kredit almaq imkanı yaradılıb.
Banka müraciət kreditin rəsmiləşdirilməsi və əldə edilməsi onlayn qaydada baş verir. Müştərinin sifariş etdiyi məbləğ cəmi 3 dəqiqə ərzində birbaşa onun hesabına köçür. Üstəlik, kredit məbləği də 35 min AZN-ə qədər artırılıb. Kreditin şərtləri: Məbləğ – 35 min AZN-dək; Müddət – 60 ayadək; İllik faiz dərəcəsi – 11,9 faizdən başlayaraq; Zaminlik tələbi – yoxdur; Komissiya haqqı – yoxdur. Yeni “www.nagdkredit.az” platforması ilə ABB bank məhsul və xidmətlərini müştərilərə daha rahat və sürətli şəkildə təqdim edir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.