Sabah Bakıda “KƏLƏĞAYI FESTİVALI”na start verilir

Sabah Bakıda “KƏLƏĞAYI FESTİVALI”na start verilir

Dekabrın 3-də Bakıda “Kəlağayı festivalı” təşkil olunacaq. Nigar Rəfibəyli 12/14 ünvanında keçiriləcək festival Azərbaycan Sənətkarları Birliyinin təşkilatçılığı ilə reallaşacaq.

“İNFONEWS” xəbər verir ki, bu barədə festivalın təşkilatçısı Ella Bağırova məlumatlandırıb.

Festival çərçivəsində Azərbaycan sənətkarlarının əl işlərindən ibarət sərgi açılacaq.

Həmçinin böyüklər və uşaqlar üçün “Dulusçuluq”, “Ebru” (su üzərində rəsm), “İpək üzərində naxış basma” və “Florarium”ə həsr edilmiş ustad dərsləri keçiriləcək.

Festivala ölkəmizin fərqli guşələrindən 200-dək sənətkar qatılacaq. Onlar burada əl işlərini sərgiləyəcəklər.

İki gün davam edəcək festivala hər kəsin qatılmaq imkanı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir