Elm və Təhsil naziri Saatlıda vətəndaşlarla görüşəcək
Elm və Təhsil naziri Emin Əmrullayev dekabrın 23-də Saatlı rayonunda Saatlı, İmişli, Sabirabad və Beyləqan rayonlarında qeydiyyatda olan vətəndaşlarla görüşək.
“İNFONEWS” – un Nazirlikdən əldə etdiyi məlumatına görə, qəbulda, həmçinin qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri dekabrın 15-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vhatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan vətəndaşlar qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.