Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla İrəvanda keçirdiyi görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

İNFONEWS “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik təminatı müzakirə olunub.

N.Paşinyan və T.Klaar həmçinin regionda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistanın sərhəd delimitasiyası və yolların açılmasını da müzakirə ediblər.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir