Prezident daxili işlər nazirinin müavinini təltif edib

Prezident daxili işlər nazirinin müavinini təltif edib

Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İNFONEWS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, dekabrın 7-də 70 yaşı tamam olmuş Oruc Zalov daxili işlər nazirinin müavini vəzifəsində çalışır. O, polis general-leytenantıdır.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir