Narkomanların məskəninə çevrilən keçmiş Baş İdarə

Narkomanların məskəninə çevrilən keçmiş Baş İdarə

İçərişəhərdə yerləşən bu bina vaxtilə Bərpaçıların Baş İdarəsi kimi tanınan Bakı Şəhər İcra Hakimiyyətinin Şəhərsalma, Memarlıq və Arxeologiya Abidələrinin Bərpası üzrə “Bərpaçı” Baş İdarəsinin keçmiş binası olub.

Sakinlərin “İNFONEWS”-a dediyinə görə bomj və narkomanların məskəninə çevrilən bu ərazi uzun müddətdir ki, belə xarabalıq vəziyyətindədir. Havaların soyuq keçməsi bomj və narkotik istifadəçilərinə şərait yaradıb ki, onlar burada məskən salsınlar. Hətta bir neçə gün əvvəl burada ölüm hadisəsi də baş verib. Məlumata görə evsizlərdən biri uzun müddət burada yaşayırmış və səhhətində yaranan problemə görə təxminən 10-15 gün öncə vəfat edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə hazırda bir çox baxımsız binalar var ki, belə yerlər narkotik istifadəçiləri üçün yataqxana rolunu oynayır. Ancaq DİN bu məsələyə həssas yanaşır və müvafiq tədbirlər həyata keçirir.

“Avaralıq və tüfeyli həyat tərzi keçirən və həmçinin narkotik vasitələrdən istifadə edən şəxslərin şəhər ərazisində əsasəndə baxımsız vəziyyətdə olan ərazilərdə toplaşması ilə bağlı Daxili İşlər orqanları əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Bu ərazilərdə xidmət aparan polis əməkdaşları tərəfindən, bu ərazilərdə toplaşan, bu cür neqativ əməllə məşğul olan şəxslər barədə nəzarət tədbirləri gücləndirilmiş şəkildə həyata keçirilir və daxil olmuş məlumat əsasında, bütün neqativ hallar aradan qaldırılır. Təbii ki, əgər burada narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan şəxslər varsa onlar barədə qanuni müvafiq tədbirlər həyata keçirilir və həmin ərazilərdə neqativ hallar aradan qaldırılır”.

Fariz Faiqoğlu
Rəvanə Dadaşova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir