Səbail və Qaradağ rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Səbail və Qaradağ rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin “Şıxov” QPS-ə ayrılan qolunda görüləcək təmir işləri ilə əlaqədar, 12.12.2022-ci il tarixdə saat 09:00-dan təmir işləri başa çatanadək “Şıxov” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “İNFONEWS”-a Azəriqaz İB-dən məlumat verilib.

Təmir işləri görülən müddətdə Səbail rayonunun Bibiheybət, Şıxov yaşayış massivlərinin və Badamdar qəsəbəsinin bir hissəsinin, eləcə də Qaradağ rayonu ərazisində “Cənub yaşayış kompleksi”nin və Binə Ticarət Mərkəzi yaxınlığında yerləyən qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir