Xarabalıqlarda məskən salan narkomanlar-FOTOLAR

Xarabalıqlarda məskən salan narkomanlar-FOTOLAR

Narkomanların məskən saldığı binanın içərisinə daxil olursan və divarda bu sözlərlə qarşılaşırsan. “Təmiz ol başqasıda gəlir”

Söhbət haradan gedir? Bakı şəhəri Yasamal rayonu Kubinka deyilən arazidə isdifadəyə yararsız binaya məskən salan narkomanlardan bəhs edirik.

Sakinlərin INFONEWS-a verdiyi məlumata görə bura əvvəllər yaşayış binası olub. Daha sonra kubinkada söküntü işləri aparılıb, bu binada yarımçıq sökülüb.
Hal hazırda binada narkomanlar məskunlaşıb narkotik vasitələri orda, isdifadə edib elə orda yaşayırlar. Gecələr rahat yata bilmirik. Qorxuruq ki, bu dəqiqə gəlib ya evə girəcəklər, ya bir yeri yandıracaqlar.

Bu məkan hazırda narkomanların “mal qəbul” etmə və “uçuşa keçmək” məntəqəsinə çevrilib.

Əraziyə baxış keçirdiyimiz zaman gördüklərimiz Patı (şüşə) adlanan narkotik vasitəsinin qalıqları, şpristlər, juqutlardan və alışqanlardan məlumdur ki içəridə daimi yaşayış var.

Məsələ ilə bağlı ilk olaraq Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən bildirib ki, narkotik vasitələrdən və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşı mübarizə tədbirlərinin aparılması Daxili İşlər nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.
“ Qeyd olunan ərazidə hazırda Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən gücləndirilmiş şəkildə nəzarət tədbirləri həyata keçirilir. Əlavə qruplar həmin əraziyə təhkim olunub. Ərazidə neqativ hallar tam arada qaldırılana kimi burada gücləndirilmiş şəkildə nəzarət davam etdiriləcək.

Fariz Faiqoğlu
Rəvanə Dadaşova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir