Ekoloji terrora və Azərbaycanın sərvətlərinin talanmasına son qoyulmasını tələb edirik
Biz Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan torpaqlarında ekoloji terrora və Azərbaycanın sərvətlərinin talanmasına son qoyulmasını tələb edirik.
“İNFONEWS” AZƏRTAC- a istinadən xəbər verir ki, bunu bir qrup azərbaycanlı ekoloqun, QHT nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Laçın-Şuşa yolunda təşkil edilən etiraz aksiyasının iştirakçısı, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı şəbəkəsi İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri AZƏRTAC-a müsahibəsində deyib.
“Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkov gəlib bizimlə görüşməli və suallarımızı cavablandırmalıdır. Lakin Azərbaycan torpaqlarında sülhməramlı missiyanı yerinə yetirən bir qrupun buradakı rəhbəri azərbaycanlıların qarşısına çıxmır. Yalnız Azərbaycan xalqı deyil, eyni zamanda, dünya ictimaiyyəti bunu bilir. Tələblərimizə nail olana qədər mübarizəmizi davam etdirəcəyik”, – deyə N.Azəri vurğulayıb.