Məktəb direktoru vəzifəsi üzrə Müsahibə mərhələsinin YEKUNU

Məktəb direktoru vəzifəsi üzrə Müsahibə mərhələsinin YEKUNU

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan məktəbə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

“İNFONEWS” – un BŞTİ-dən əldə etdiyi məlumatına görə, işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 42 namizəd, həmçinin cari il üzrə direktorların işə qəbul müsabiqəsinin test imtahanlarında müvafiq keçid balını toplamış 4 nəfər müsahibəyə dəvət olunub. Müsahibədə ümumilikdə 45 nəfər iştirak edib.

Müsahibə nəticələri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndəriləcək.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir