Hikmət Hacıyev xarici diplomatlara Laçın-Şuşa yolundakı vəziyyətlə bağlı məlumat verib

Hikmət Hacıyev xarici diplomatlara Laçın-Şuşa yolundakı vəziyyətlə bağlı məlumat verib

Bugünki görüşün məqsədi sizi Laçın-Şuşa yolundakı vəziyyət barədə məlumatlandırmaqdır.

“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.

“Bildiyiniz kimi, gündəliyi pozmaq üçün bir çox məsələlər yaradılır. O cümlədən bəzi məsələlər təbliğat elementi kimi istifadə olunur. Ermənistan işğal zamanı bir çox qeyri-qanuni fəaliyyətlərlə məşğul olub. Azərbaycanın ictimai və mülki obyektləri, o cümlədən mədəni abidələri dağıntılara məruz qalıb. İşğaldan azad olunmuş ərazilərə ən son səfərimiz zamanı bunların şahidi olduq”, – Hikmət Hacıyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir