Hərbi attaşelərlə 2022-ci ilin yekununa dair toplantı keçirilib
Dekabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə 2022-ci ilin yekununa dair toplantı keçirilib
Bu barədə “İNFONEWS”-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını toplantı iştirakçılarına çatdıran Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara cari il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlər, eləcə də 2023-cü il üçün planlaşdırılan fəaliyyətlərlə bağlı məlumat verib.
Qonaqlar həmçinin işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb.
Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.