Azərbaycanın bir sıra bölgələrində zəlzələ baş verib

Azərbaycanın bir sıra bölgələrində zəlzələ baş verib

Dünən və bu gün gecə saatlarında Saatlı və Şamaxıda zəlzələ olub.

“İNFONEWS” – un Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən əldə etdiyi məlumatına görə, dünən Saatlıda yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 kilometr cənub-şərqdə, Saatlı rayonunda qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Eləcə də bu gecə Şamaxıda yerli vaxtla saat 23:09-da Qobustan stansiyasından 24 kilometr qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 24 kilometr dərinlikdə yerləşib. Maqnitudası 3,2 olan zəlzələ hiss olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir