Türkiyədə törədilən partlayış nəticəsində doqquz nəfər yaralanıb
Türkiyənin Diyarbəkir vilayətində bomba yüklü avtomobil partladılıb.
“İNFONEWS” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobus Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb.
Hadisə nəticəsində yaralanmış 8 polis məmuru və bir mülki şəxs xəstəxanalara aparılıb. Onlar üçün həyati təhlükə yoxdur.
Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Partlayışın baş vermmə səbəbləri araşdırılır.