“Muğam axşamları” Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr ediləcək

“Muğam axşamları” Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr ediləcək

“Muğam axşamları” layihəsinin növbəti konserti Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunub.

“İNFONEWS” – a Beynəlxalq Muğam Mərkəzindən verdiyi məlumata görə, “Muğam axşamları” layihəsinin növbəti konserti Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə görkəmli sənətkarın 130 illiyi silsilə tədbirlərlə qeyd olunur.

“Muğam axşamları” layihəsinin sənətkara həsr olunan konsertində Xalq artisti, tarzən Ramiz Quliyevin ifaları təqdim olunacaq. Həmçinin Əməkdar artist Sevinc Sarıyeva və tələbələrinin ifasında muğamlarımız səslənəcək.

Qeyd edək ki, konsert 17 dekabr saat 19:00-da baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir