UNEC-in tələbələri universitetdən xaric edilib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialından 5 tələbə imtahan sisteminə müdaxilə etdiyinə görə universitetdən xaric edilib.
Məsələ ilə bağlı UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elnarə Məmmədova “İNFONEWS”-a bildirib ki, Universitetin Zaqatala filialında elektron imtahan sisteminə müdaxilə faktı müəyyən olunub:
“Bununla əlaqədar olaraq, müdaxiləni təşkil etmiş tələbələr universitetdən xaric olunub, nəticələrinə müdaxilə edilmiş tələbələrin isə imtahan nəticələri ləğv edilib. Həmin tələbələrə ödənişsiz olaraq təkrar imtahan verilməsi üçün şərait yaradılıb”.