12 İLDİR TƏRK EDİLMİŞ UNIVERSİTET- FOTOLAR

TƏRK EDİLMİŞ UNIVERSİTET- FOTOLAR

 

Bir vaxtlar hər bir tələbənin təhsil aldığı bir təhsil ocağı. Azərbaycan Beynəlxalq Universiteti — Azərbaycan Respublikasında 1997–2010-cu illərdə fəaliyyət göstərmiş ali məktəb. Universitetdə bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutulmuşdu. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərirdi. Universitetdə təhsil Azərbaycan və rus dillərində aparılırdı. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyəti 2010-cu ildə dayandırılmışdır. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanov əmr imzalamışdır. Hazırda tərk edilmiş sakit, səssiz bir xarabalıq. Universitetin girişindən artiq hər şey məlum olur. Nəinki tərk edilib , həm də universitetdə olan avadanliqlar, oturacaqlar, lövhələr, qapı pəncərələr vəhşicəsinə talan edilib. Yaxınlıqda yaşayan sakinlər də bu vəziyyətdən narahat olduqlarını dedilər. Bir vaxtlar gənclərimizin təhsilində mühüm rolu olan universitet , tədris otaqları indi śükuta qərq olub. Xatırladaq ki, ABU yaradılan vaxtdan mərhum akademik Aqil Əliyevin himayəsi altında olub. A.Əliyev 2006-cı ilin martında dünyasını dəyişdikdən sonra universitet və ABU-nun rektoru Elşad Abdullayev demək olar ki, sahibsiz qaldı. Belə bir şərait hazırda bəzi gənclərin gizli, tüfeyli həyat tərzi keçirməsinə tam uyğundur. Buna görə də müvafiq dövlət orqanlarımız, ən əsası da  Elm və Təhsil Nazirliyi bu məsələyə ciddi yanaşıb lazımi tədbirlər görməlidirlər.

 

Hazırladı: Şeyx Məhəmməd Tünzalə, Rəvanə Dadaşova

Foto : Fariz Faiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir