“LUKOYL”-un rəhbəri Prezident İlham Əliyevə təbrik ünvanladı

 “LUKOYL”-un rəhbəri Prezident İlham Əliyevə təbrik ünvanladı

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru Vadim Vorobyov Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

“İNFONEWS” xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Doğum gününüz münasibətilə “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizə xas olan müdriklik, sağlam mühakimə, prinsipiallıq qarşıya çıxan hər bir məsələni səmərəli şəkildə həll etməyə və ali dövləti vəzifənizi uğurla yerinə yetirməyə imkan verən keyfiyyətlərdir. Sizin rəhbərliyinizlə Azərbaycan sabit iqtisadi artımın müsbət dinamikasını, investisiya mühitinin yaxşılaşmasını, beynəlxalq əlaqələrin və əməkdaşlığın genişlənməsini nümayiş etdirir. Siz haqlı olaraq ölkə vətəndaşlarının tam dəstəyini və etimadını, xarici həmkarlarınız və tərəfdaşlarınızın nüfuz və hörmətini qazanmısınız.

Fürsətdən istifadə edib Azərbaycan Respublikasında “LUKOYL”un fəaliyyətinə şəxsən göstərdiyiniz daimi dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. İcazə verin, Sizi əmin edim ki, biz ölkələrimizin rifahı naminə birgə layihələrin daha da inkişaf etdirilməsi üçün daim səy göstərəcəyik.

Zati-aliləri, icazə verin, bu əlamətdar gündə Sizə səmimi- qəlbdən möhkəm cansağlığı, ruh yüksəkliyi, firavanlıq və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edim.

Hörmətlə,

Vadim Vorobyov

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir