Kənd təsərrüfatı məhsulları istehsalına 71,5 milyon manat kredit ayrılıb
Bu ilin on bir ayında kənd təsərrüfatı məhsulları istehsalına 71,5 milyon manat kredit ayrılıb.
“İNFONEWS” – un Sahibkarlığın İnkişafı Fondundan əldə etdiyi məlumatına görə, bu il sahibkarların 2343 layihəsinin maliyyələşdirilməsinə 119,6 milyon manat güzəştli kredit verilib. Kreditlərin 71,5 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalının, 28,5 milyon manatı sənaye məhsullarının istehsalının, 7,7 milyon manatı turizmin, 11,8 milyon manatı isə digər sahələrin payına düşür.