Televiziya məkanında 323 pozuntu, radioda isə 78 pozuntu aşkarlanıb
Cari ildə 8 televiziya kanalına xəbərdarlıq edilib. Bir radio efiri dayandırılıb. Televiziya məkanında 323 pozuntu, radioda isə 78 pozuntu aşkarlanıb.
“İNFONEWS” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov dekabrın 26-da keçirilən mətbuat konfransında deyib.
Şura sədri rəhbərlik etdiyi qurumun məqsədli dövlət proqramı istiqamətində 10 proqram üzərində işlədiyini diqqətə çatdırıb. Bildirib ki, Audiovizual Şuraya bu il ümumilikdə 196 müraciət daxil olub.
“Gələn il “Media haqqında” qanuna bəzi dəyişikliklər edilə bilər” – söyləyən sədr daha sonra “Məsələn, qanunda dövlət dili ilə bağlı hissədə bəzi dəyişikliklər oluna bilər. Canlı yayımda tərcümə məsələsi ilə bağlı müəyyən təkliflər veriləcək” – əlavə edib.