“İNFONEWS” xəbər verir.
Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi , Əmək qəhrəmanı Əzim Əzimzadənin ev muzeyində möhtəşəm tədbir keçirildi. Tədbirdə bir çox incəsənət xadimləri, tanınmış rəssamlar, media nümayəndələri , dəvətlilər iştirak edirdilər. Tədbirin məqsədi Azərbaycanın əməkdar, xalq rəssamı Arif Hüseynovun üzərində iki ildən artiq işlədiyi, Ə.Əzimzadə yaradıcılığına həsr etdiyi portret janrlı ” Əzim Əzimzadə dünyası” adlı qrafik əsərini muzeyə təqdim etməsi oldu. Arif Hüseynov yaradıcılıq dövrlərində bir çox tarixi obrazlara, qədim minyatürlərin təsvirinə hər zaman önəm verib. İlk olaraq Ə.Əzimzadə muzeyinin direktoru tədbiri açıq elan etdi. Daha sonra söz Azərbaycan Rəssamlar İttifaqınln katibi, Azərbaycan Xalq Rəssamı AğaƏli İbrahimova verildi.AğaƏli İbrahimov həm əsər haqqında, həm də muzey haqqinda dəyərli fikirlərini bölüşdü. Daha sonra Əməkdar jurnalist pedaqoq “Azad Azərbaycan” Teleradio şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru Etibar Babayev , Azərbaycan Dövlət Rəsm Qalereyasının Böyük Elmi İşçisi , Azərbaycan Rəssamlar İttifaqının gənc sənətşünaslar bölməsi üzrə prezident təqaüdçüsü, gənc sənətşünas Ziyarət Cabarova ürək sözlərini bildirdilər. Z.Cabarova Muzeyə təqdim olunan Ə.Əzimzadə dünyası adlı portret janrlı qrafik əsərin təgdimatından söhbət açdı. Sonra A.Hüseynov çıxış edərək əsərinin məhz Ə.Əzimovun ev muzeyində təqdim olunmasından çox xoşbəxt olduğunu dedi. Tədbir xalq musiqiləri və milli rəqslə başa çatdi. Əzim Əzimzadənin Ev-Muzeyi fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. 2019-cu ildə Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən aparılmış təmir işlərindən sonra açılış mərasimi keçirilmişdir. Hazırladı: Şeyx Məhəmməd Tünzalə. Foto: Əbdürrəhimov Şəhriyar