“İNFONEWS” xəbər verir.
Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzə küçəsində yerləşən 286 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən yarı tikili narkomanların isdifadə üçün əlverişli şərait yaradır. Müşahidələrimiz vaxtı bu əraziyə gələnlərin böyük əksəriyyətinin azyaşlı məktəbli olduğunu gördük. Bununla yanaşı əzazidə təkcə narkotik isdifadəçiləri yox hətta narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan şəxslər də gəlir. Axşam saatlarında Bakı şəhəri Yasamal rayon Polis idarəsinin əməkdaşları ilə birgə əraziyə daxil olduq. İçəridə gördüyümüz ilk mənzərə çox sayda N sayda şprislərin olması, isdifadə olunmuş narkotik vasitələrin və həplərin ortalığda qalması idi. Xüsusilə İran İslam Respublikasına məxsus mənşəyi məlum olmayan dərmanlar, narkotik vasitələr həmin ərazidə aşkar olundu. Daha sonra bütün yarıtikili gəzdiydə burada təkcə narkotik vasitələrin isdifadəçiləri deyil, həmçinin evsiz tüfeyli həyat tərzi keçirən şəxslərində məskunlaşdığını gördük.
INFONEWS-un əməkdaşlarının ətrafda yaşayan sakinlərdən aldığı məlumata görə narkomanların böyük əksəriyyəti gecə saat 3 radələrində əraziyə daxil olurlar,təxminən səhər saatlarına qədər həmin yarıtikilidə olurlar. Sakinlərin sözlərinə görə bu ərazi məktəbin yaxınlığında olduğu üçün azyaşlı uşaqlar, şagirdlər üçün və ətrafda yaşayan insanlar üçün böyük təhlükə mənbəyidir. Ətrafdakı sakinlər şikayət edirki bura ilə bağlı hər hansı bir tədbir görülsün.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ərazi tam ciddi şəkildə nəzarətə götürülüb. Ərazidə nöqsanlar aradan qaldırılana qədər Yasamal Rayon Polis idarəsinin əməkdaşları tərəfindən gücləndirilmiş tədbirlər görüləcək.
Rəvanə Dadaşova
Foto: Fariz Faiqoğlu
Video: Şəhriyar Çingizoğlu