“İNFONEWS” xəbər verir ki, yeni il ərəfəsində paytaxtda canlanma müşahidə edilir. Belə ki, paytaxtın gəzməli-görməli yerlərinə kimisi uşağı ilə, kimisi rəfiqəsi ilə çıxaraq həm şəhəri gəzir, həm də bazarlıq edir.Bayramın gəlişinə ən çox sevinən isə heç şübhəsiz uşaqlardır. Onlar öz valideynləri ilə parklarda, uşaq əyləncə mərkəzlərində əylənir, vaxtlarını xoş keçirirlər. Uşaqlarla yanaşı, gənclər də bayramın gəlişini xüsusi səbirsizliklə gözləyirlər. Onların üzlərində bayram əhval-ruhiyyəsini hiss etmək elə də çətin deyil.Qeyd edim ki, bulvar ərazisində yeni il ərəfəsində sakinlərin əylənməsi üçün 10 yolka qurulub. Yolkaların qurulmasına dekabrın 15-dən başlanib. Şaxta baba və qar qızlar isə lisenziya alandan sonra işə başlayiblar. Dünya Azərbaycanlılarının Həmrəylıy günü və Yeni iliniz Mübarək Olsun!
Şeyx Məhəmməd Tünzalə.
Foto: Şəhriyar Çingizoğlu.