Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 10 ünvanında yerləşən yarım tikilidə narkotik istifadəçilərinin və narkotik maddələrinin dövriyyəsi ilə məşğul olan şəxslərin burada olduqları barədə ətrafda yaşayan sakinlərdən “İNFONEWS”-a məlumat daxil olub. Əraziyə dərhal Daxili İşlər Nazirliyinin əməkdaşları və İNFONEWS-Informasiya Agentliyinin əməkdaşları gələrək həmin yarım tikiliyə baxış keçirib . Baxış zamanı heç bir narkotik vasitələrinin istifadəçilərinə rast gəlinmədi. Həmin ərazi Polis nəzarəti altındadır və əlavə naryadlar təhkim olunub.
Eyni zamanda Yasamal rayonu “Kubinka”və “Sovetski” adlanan ərazilərdə Polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır.
Rəvanə Dadaşova
Video: Fariz Faiqoğlu