“İNFONEWS” xəbər verir.
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbə sakini T.Cəfərovun evinə baxış zamanı oradan bir kiloqramdan çox heroin götürülüb.
Axtarış zamanı evdə olan Bakı şəhər sakini A.Əliyevdə də heroin aşkarlanıb.