Polşa Ukraynaya “Leopard” VERMƏYƏCƏK
Polşa hələlik özünün “Leopard” tanklarını Ukraynaya təhvil verməyi planlaşdırmır”.
INFONEWS xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Nazir bildirib ki, rəsmi Varşava hazırda ağır silahları Ukraynaya ötürəcək digər ölkələrlə, xüsusilə, Almaniya ilə koalisiya yaratmaq üçün danışıqlar aparır.
Agentliyin Polşa radiosunun qeyri-rəsmi məlumata istinadən verdiyi məlumata görə, Varşava Kiyevə 200-dən çox T-72 tankı və piyada döyüş maşını təhvil verib.